NB Baki Baki Gerb

Rayon haqqında

Haqqımızda

Xəbərlər

Hesabatlar

Layihələr

Fotoqalereya

Bələdiyyəyə sözüm var

 





Struktur

Statistika Uzvlər Əlaqə
 


Nərimanov Bələdiyyəsinin iki il ərzində gördüyü işlər haqqında

Təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ölkə bələdiyyələri illər ötdükcə möhkəmlənir və fəaliyyət dairəsini genişləndirirlər. İndi bələdiyyələr fəaliyyət göstərdiyi ərazilərin iqtisadi və sosial inkişafına daha dərindən nüfuz edirlər. Fəaliyyət göstərdiyi ərazinin sosial-iqtisadi inkişafında yaxından iştirak etməklə seçicilərin etimadını doğrultmaq bələdiyyələrin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

2004-cü ildə keçirilən növbəti seçki kompaniyasında iştirak edən Prezidentimiz cənab İlham Əliyev demişdir:

«Azərbaycanda bələdiyyə seçkiləri ikinci dəfədir ki, keçirilir, müəyyən təcrübə var. Yəqin ki, bu seçkilərdən sonra bələdiyyələrin statusu daha da artacaq, onlar yerlərdə konkret işlərlə məşğul olacaqlar. Beləliklə, bu təchizat Azərbaycanda artıq formalaşmışdır, gələcəkdə inkişaf edəcəkdir. »

Dövlət başçısının dediyi kimi, həyat inkişaf etdikcə, bu qurumlar formalaşdıqca səlahiyyətləri artır. Ötən iki il ərzində Nərimanov bələdiyyəsi ərazidə yaşayan əhalinin rifah halının yüksəldilməsi, aztəminatlı insanların sosial durumlarının yaxşılaşdırılması, məhəllələrin abadlaşdırılması istiqamətində bir sıra işlər görmüşdür. Bundan başqa «Nərimanov rayonunu çinarlar rayonuna çevirək» devizini həyata keçirmək üçün 1500-ə yaxın çinar ağacları alınaraq ərazidə əkilmişdir. Rayon ərazisində görülən işlərin səmərəliliyini artırmaq məqsədilə Nərimanov Bələdiyyəsi bir ədəd yük maşını və iki ədəd minik maşını almışdır. Bələdiyyə üzvlərinin və bələdiyyənin icra aparatının iş şəraitlərini yaxşılaşdırmaq məqsədilə müasir mebel və kompüter avadanlıqları alınmışdır.

Ötən 2 il ərzində rayonun sosial həyatında, abadlıq-quruculuq və bir çox xeyriyyə tədbirləri həyata keçirilmişdir. Nəcəf Nərimanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Bələdiyyə parkı təsis edilmiş, yaşıllıqlar salınmış, su boruları bərpa edilmişdir. Bələdiyyə parkı tam olaraq abadlaşdırılaraq rayon sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə verilmişdir. Elçin İsaqzadə yaşayış qəsəbəsində sakinlərin xahişi nəzərə alınaraq Nərimanov Bələdiyyəsi tərəfindən aptek, qəzet köşkü, bərbərxana tikilmiş və Beynəlxalq Bankın bankomatı quraşdırılmışdır. Bu məsələlərin həlli üçün ilk növbədə büdcənin formalaşdırılması bələdiyyə kollektivi qarşısında əsas məqsəd kimi qoyulmuşdur. Büdcənin gəlirlərinin əsasını fiziki şəxslərin əmlak və torpaq vergisindən əldə olunan vəsait təşkil edir.

Rayon ərazisində yerləşən ictimai təşkilatlarla əlaqələr daha da möhkəmləndirilmiş və onlarla faydalı əməkdaşlıq edilmişdir. Həmin təşkilatlarla bələdiyyədə görüşlər keçirilmiş, onların sosial təminatı ilə bağlı təkliflər araşdırılmışdır. Qarabağ müharibəsi, Böyük Vətən müharibəsi əlilləri, veteranları, Çernobıl əlilləri, 20 Yanvar faciəsində əlil və şəhid olanların ailələri, qaçqın və məcburi köçkün ailələri imkan daxilində maddi yardımlar almış, bayram tədbirləri keçirilmişdir. Rayonun aztəminatlı sakinləri Bələdiyyənin nəzdində «Könül evi» yeməkxanasında həftədə bir dəfə olmaqla isti yeməklə təmin edilirlər.

Respublikamızda idmana göstərilən yüksək qayğını və diqqəti nəzərə alaraq Bələdiyyənin inzibati binasında idman zalı istifadəyə verilmişdir. Bundan əlavə 89 saylı sanatoriya tipli uşaq bağçası və 19 ailə Bələdiyyə tərəfindən himayəyə götürülmüşdür. Nərimanov Bələdiyyəsi tərəfindən görülən işlər içərisində ən yadda qalanı İstanbul şəhərinin Zeytunburnu Bələdiyyəsi ilə Qardaşlıq Protokolunun imzalanması idi. Bundan başqa Ankaranın Etimesgut Bələdiyyəsi ilə qardaşlıq protokolu imzalanmışdır.
Ankara şəhərində Türkiyə hökumətinin Avropa Şurası ilə birgə təşkil etdiyi konfransda Bələdiyyənin sədri H.F.Сəfərov da iştirak etmişdir. 2006-cı ildə Türkiyə Bələdiyyələrinin iş təcrübəsini öyrənmək məqsədilə 2 nəfər bələdiyyə üzvü Türkiyə Respublikasının İstanbul və Ankara şəhərlərinə, 1 nəfər bələdiyyə üzvü isə Avropa Şurasının təşkilatçılığı ilə Rumıniyanın Sinay şəhərində keçirilən Cənub-şərgi avropa ölkələri yerli hakimiyyətlərinin IV Forumunda iştirak etmək üçün ezam edildilər.

Nərimanov Bələdiyyəsi bundan sonra da rayonun sosial- iqtisadi həyatının inkişafında var qüvvəsini əsirgəməyəcəkdir. İnanırıq ki, 2007-ci ildə, əvvəlki iki ildə qazandığımız praktikaya əsaslanaraq daha da əzm və qüvvə ilə sakinlərin və Respublika rəhbərliyinin etimadını qazanacağıq.

H.F.cəfərov
Nərimanov Bələdiyyəsinin sədri


Copyright (c) 2006. All rights reserved.Site created by LWN---art