NB Baki Baki Gerb

Rayon haqqında

Haqqımızda

Xəbərlər

Hesabatlar

Layihələr

Fotoqalereya

Bələdiyyəyə sözüm var

 





Struktur

Statistika Uzvlər Əlaqə
 


Bələdiyyələrin yaranması haqqında


Bələdiyyələrin yaranması haqqında

Bələdiyyələrin yaranması və tətbiqi tarixi çox qədimdir. Ilk dəfə b.e.ə. III əsrdə Italiyanın iri şəhərlərində bələdiyyə özünüidarə orqanları yaradılmışdır. Sonralar müxtəlif ölkələr bu formanı qəbul etmiş və onun strukturunda, funksiyalarında müəyyən dəyişikliklər aparmaqla yerli özünü idarəetmə sistemləri qurmuşlar. Dünyanın bir sıra ölkələrində yerli özünüidarəetmə institutları yaranmışdır.

Geniş mənada özünüidarəetmə – məhdud məhəlli ərazidə daimi və müvəqqəti məskünlaşmış əhali qrupunun insan haqlarının və azadlıqlarının qorunmasına, yerli problemlərin həllinə fəal və mütəşəkkil qaydada qoşulmasını təmin edən demokratik prinsipdir.

Müstəqillik yoluna qədəm qoymuş ölkəmizdə mərhum eks Prezidentimiz Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmış, Konstitusiyamızda ilk dəfə olaraq yerli özünüidarəetmə konstitusion dövlət quruluşunun əsas prinsiplərindən biri kimi bəyan edilmisdir.
Aparıcı ölkələrin dövlət-hüquq praktikasının təhlili gostərir ki, yerli özünüidarəetmə sistemi demokratik qaydada təşkil edilən cəmiyyət və dövlətin ən mühüm elementlərindən biridir. Məhz buna görə də, Azərbaycanda da yerli özünüidəarəetmə sisteminin formalasmasına xüsusi diqqət yetirilir.

Yerli özünüidarəetməni həyata keçirən bələdiyyələr Azərbaycan üçün tamamilə yeni bir qurum, yeni bir ictimai formadır. Əgər Avropa ölkələrinin, Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın yerli özünüidarəetmə sisteminin əsası XIX əsrdə keçirilən bələdiyyə islahatları gedişində yaradılmısdırsa və qədim ənənələrə əsaslanırsa, Azərbaycan Respublikasında bu cür təcrübə yoxdur. Azərbaycanda bələdiyyələrin formalasması ilə bağlı problemlərin həllində zəngin tarixi dövlətçilik ənənələrinə istinad etməklə bu boşluğu doldurmaq olar.

Azərbaycan tarixində xalqın ozününidarəsindən danışarkən qeyd edilməlidir ki, ta qədim dövrlərdən XIX əsrin sonlarına qədər Azərbaycanda idarəetmənin şərq ənənələri (vahid, qeyri-məhdud hakimiyyət) üstünlük təşkil edirdi. Buna baxmayaraq, təbii-milli şərait, kənd təsərrufatın (xüsusilə əkinçilik və maldarlıgın) inkişafı özünü təşəkkulun spesifik formasını-icmaları yaratmısdır.

Icmaların ali orqanları icma yıgıncaqları idi. Icma yıgıncaqlarının səlahiyyətlərinə torpaqların bölünməsi, kənd agsaqqallarının (rəhbərlərin) secilməsi, ümumi icma xərcləri ücün vəsait toplanması, qarsılıqlı yardım təşkil etmək, xırda cinayətlərə baxmaq, mülki və ailə munasibətlərini tənzimləmək, icma vergilərinin yıgılması, icma ərazisində abadlıq işləri görmək və s. daxil idi. Icmalara seçkili vəzifə sayılan kəndxudalar başçılıq edirdilər.
Azərbaycanda şəhər məhəllələrinin öz tarixi adları olmuş, həmin məhəllələr muasir dövrdə və əhali arasında həmin adla adlanır. Tarixdən məlumdur ki, hər bir Azərbaycan şəhəri məhəllələrə bölünmüs, bu məhəllələrə məhəllə sakinləri tərfindən seçilmis ağsaqqallar rəhbərlik etmişlər. Yolların, küçələrin abadlaşdırılması, ümumi vergilərin yıgılması, mülki məsələlərin həlli və s. işlərdə həmin agsaqqalların rolu əvəzsiz idi.

Səfəvilər dövru Birləşmiş Azərbaycan dövlətinin tarixində mühüm yer tutur. O zaman inzibati hakimiyyət vilayətlərdə bəylərbəyinin əlində idi. Azərbaycan 32 bəylərbəyinə bolunmuş, onlar isə öz növbəsində mahallara bölünmüşdü. Mahalların başında mahal naibləri durur, kəndləri kəndxuda, şəhərləri isə kələntərlər idarə edirdi. Şəhərin idarə olunmasını sadələşdirmək üçün şəhər inzibati cəhətdən bir neçə hissəyə – məhəllələrə bölünmüsdü .

18-ci əsrin ikinci yarısında 30-40-cı illərdə Iran hökmdarlığı zəiflədikdən sonra Azərbaycanda müstəqil siyasi qurumlar- xanlıqlar yarandı. Torpagın əsas mülkiyyətçisi dövlətin başçısı olan xan idi. Qeyd edək ki, hər xanlığın spesifik dövlət idarəetmə sistemi var idi. Bəzi xanlıqlarda (məsələn, Qarabag xanlıgında) idarə aparatı 4 bölmədən- dövlət şurası (divani-şura), inzibati, vergi və hərbi bölmələrdən ibarət idi. Şəki xanlıgı 8 mahala, Gəncə xalnığı 5 mahala, Qarabag xalnığı isə 21 mahala, bölünürdü. Quba xalnığı 7 mahaldan, Talış xalnıgı 7 mahaldan, Naxçıvan xalnığı 5 mahaldan ibarət idi.

Mahalları naiblər və mahalbəyləri idarə edirdilər. Onları xanın özu təyin edirdi. Naiblər maliyyə-inzibati və polis funksiyalarını yerinə yetirirdilər. Onlar vergilərin yığılması, mükəlləfiyyətlərin yerinə yetirilməsi, məhkəmə və s. işləri görürdülər.Mahallara daxil olan kənd ağsaqqalları – yüzbaşı və kəndxudalar tərəfindən idarə olunurdu. Naxçıvandan başqa bütün xanlıqlarda kəndxudalıq nəsildən-nəsilə keçirdi. Naxçıvanda isə onlar kənd icması ərəfindən seçilir və xan onları təsdiq edirdi.

Şəhərlər inzibati cəhətdən məhəllələrə bölunur, hər məhəllənin öz başçısı olurdu. Keçən əsrin 70-ci illərində Azərbaycan şəhər özünüidarə orqanları –Duma yaradıldı. Onların səlahiyyətləri: vergilərin yığılması, küçələrə, meydanlara nəzarət, bazarların təşkili, yanğından mühafizə. Seçkilərdə əmlakı olan və vergi verən əhali iştirak edirdi. Dumanın işinə bələdiyyə başçısı rəhbərlik edirdi.

XX yüzillikdə Azərbaycanda ictimai qurulus dörd dəfə köklü sürətdə dəyişib. Çar üsul-idarəsi dağılandan sonra 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranıb. Az sonra 1920-ci ildə bu quruluş devrilib, sovet üsul-idarəsi qurulub və 70 il fəaliyyət göstərib. SSRI-nin dağılması nəticəsində 1991-ci ildə müstəqil Azərbaycan Respublikası elan olunub. Quruluşların hamısında yerli özünüidarə ictimai institutlarının olması elan edilsə də, əslində yerli idarə yalnız dövlət institutu kimi fəaliyyət göstərib.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ictimai münasibətlər sistemində köklü dəyişikliklər baş verdi. Cəmiyyətin bütün sahələrini əhatə edən yeni ictimai münasibətlər idarəetmədə də zəruri dəyişikliklərin aparılmasını qaçılmaz etdi. Köhnə idarəetmə sistemindən imtina edildikdən sonra cəmiyyətin inkişaf istiqamətlərini özündə ifadə edən yeni normativ bazaya olan ehtiyacı 1995-ci il noyabrın 12-də ümümixalq sorğusu ilə qəbul edilmiş müstəqil dövlətin ilk Konstitusiyası ödədi. Konstitusiyada bütün digər mühüm məsələlərlə yanaşı, yerli əhəmiyyətli problemlərin həllinin təşkilati formaları və mexanizmləri də təsbit edilmişdir. Başqa sözlə, Konstitusiyada yerli özününidarəetmənin hüquqi əsasları və mühüm prinsipləri müəyyən edilmisdir. Bu sahə üzrə çoxcəhətli münasibətlərin nizama salınması Konstitusiya əsasında qəbul edilmiş normativ aktlara, məsələn, ”Bələdiyyələrin statusu haqqında„ (02.07.1999), ”Bələdiyyələrə seçkilərin qaydaları haqqında„ (02.07.1999), ”Bələdiyyənin nümünəvi nizamnaməsinin təsdiq edilməsi haqqında„ (15.10.1999), ”Bələdiyyə qullugu haqqında„ (30.11.1999), ”Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında„ (07.12.1999), ”Bələdiyyələrin əraziləri və torpaqları haqqında„ (07.12.1999),”Bələdiyyə maliyyəsinin əsasları haqqında„ (07.12.1999), ”Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında„ (14.04.2000), ”Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında„ Əsasnamənin təsbiq edilməsi barədə„ (14.04.2000), ”Bələdiyyə üzvünün statusu haqqında„ (18.04.2000), ”Bələdiyyələrin su təsərrufatı haqqında„ (29.06.2001), ”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında„ (29.06.2001),„ Yerli (Bələdiyyə) vergilər və ödənişlər haqqında„ (27.12.2001) Azərbaycan Respublikası Qanunları və digər qanunveriçilik aktları ilə həyata kecirilir.

Yerli özünüidarəetmə anlayışı 27 iyul 1999-cu il tarixli ”Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. Qanunun 1-ci maddəsində belə deyilir: ”Azərbaycan Respublikasında yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində seçkilərdə onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yıgıncaqları həyata keçirirlər. Bələdiyyələr vəzifələrini yerinə yetirmək məqsədilə onların qarşısında məsuliyyət daşıyan daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər ” .

Dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikasının strateji məqsədlərindən biri də hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin yaranması idi. Bu prinsiplər əsas qanunvericilik aktlarında, o cümlədən 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında «Konstitusiya Aktında» öz əksini tapmısdır.

Baş verən proseslərin demokratikləşdirilməsi nöqteyi nəzərindən, ən aktual məsələlərdən biri də Azərbaycan yerli özünüidarə sisteminin formalasdırılması idi. Azərbaycan tarixinin müxtəlif mərhələlərində yerli özünüidarənin ayrı-ayrı elementlərinə rast gəlsək də, onun sistemləşdirilmiş modeli mövcud olmamışdı. Sovet Ittifaqının tərkibində olarkən isə, yerli idarəetmə dövlət orqanları sisteminə daxil olan sovetlər və icra komitələri tərfindən həyata keçirilirdi.

1995-ci il noyabrın 27-dən qüvvəyə minən Azərbaycan Respublikasının Konstitusiyası yerli özünüidarənin yaradılması üçün başlıca əsas oldu. Konstitusiyada yalnız dövlət hakimiyyətinin əksmərkəzləşməsi müəyyən edilmir, həmcinin burada yerli idarəetmənin standartları sadalanır. Kostitusiyanın «Keçid Müddəaları» adlanan dördüncü fəslində yerli idarəetmə məsələsi xüsusi qeyd olunur. Həmin fəslin 6-cı maddəsində göstərilir ki, Konstitusiyanın qüvvəyə mindiyi andan sovetlərin fəaliyyəti dayandırılır. Lakin 7-ci maddədə deyilir ki, yerli özünüidarə haqqında qanunlar qəbul edilməli və iki il müddətində bələdiyyə seçkiləri keçirilməlidir.

Konstitusiyanın yerli özünüidarənin formalasması üçün 1997-ci ilə qədər müəyyən etdiyi müddətə baxmayaraq Azərbaycanda yerli özünüidarə institutu 1999-cu ilin sonuna qədər yaradılmamışdı. Belə gecikmənin rəsmi səbəbi əhalinin kifayət qədər peşəkar təcrubəyə malik olmaması ilə izah olunurdu. Müstəqil ekspertlərin fikrinə görə, bunun səbəbi keçmiş yerli hakimiyyətin öz funksiyalarını ötürmək istəyinin olmaması və mərkəzləsmiş nəzarət sisteminin saxlanması idi.

1995-ci ildə Milli Məclis (Azərbaycan Parlamenti) müvafiq qanunların hazırlanması məqsədilə «Yerli Özünüidarə Məsələləri» (sonradan adı dəyişilərək «Regional Islər» adlandırıldı) Daimi Komissiyasını yaratdı. 1995-ci ildən etibarən Azərbaycan Respublikasının Milli Məclisi bələdiyyə idarəçiliyinin hüquqi bazasını yaradan 17 qanun və əsasnamə qəbul etmişdir. Bu komissiya bu gün də yerli özünüidarə orqanlarının fəaliyyətini tənzimləyən qanun layihələrini hazırlayır.

1999-cu ilin iyulunda, Milli Məclis Bələdiyyələrə seçkilərin Qaydaları haqqında və Bələdiyyəlirin statusu haqqında qanunları qəbul etdi. Azərbaycan tarixində bələdiyyələrə ilk seçkilər 1999-cu il dekabrın 12-də keçirildi. Yeni seçilmis bələdiyyələr 2000-ci il yanvarın 1-dən fəaliyyətə başladılar.

 

Copyright (c) 2006. All rights reserved.Site created by LWN---art